“Kürdlərə borclu olduğumuzu unutmayaq” - Makron
“Beynəlxalq koalisiya qüvvələri Suriyada İŞİD terrorçularına qarşı məhz bölgədəki kürd birləşmələrinin köməyinə əsaslanaraq hərəkət edirlər. Bu səbəbdən də hər kəsi məsuliyyətli olmağa çağırıram. Kürdlərə borclu olduğumuzu unutmamalıyıq” – Makron vurğulayıb.
Fransa prezidenti onu da qeyd edib ki, “Paris Levantdakı (Aralıq dənizinin şərq sahillərində yerləşən ölkələrə verilən ümumi ad. Makronun çıxışında isə konkret olaraq Suriya nəzərdə tutulur) müdaxiləsini davam etdirəcək. Bu gün bizim orada hərbçilərimiz var”.
Qeyd edək ki, Türkiyə Suriyanın şimalındakı silahlı kürd birləşmələrini PKK terror təşkilatının Suriyadakı qolları hesab edir və onları məhv etmək üçün Fəratdan şərqə doğru yeni əməliyyatlara hazırlaşır.
Leyla Elbrusqızı
Azvision.az