Bayram günü terror törədilə bilər - ABŞ xəbərdarlıq edir

Bayram günü terror törədilə bilər -  ABŞ xəbərdarlıq edir
  24 Dekabr 2018    Oxunub:4380
ABŞ Dövlət Departamenti İspaniyadakı Kataloniya muxtariyyətinin paytaxtı olan Barselonada Milad və Yeni İl bayramlarında terror aktlarının törədilə biləcəyi barədə xəbərdarlıq edib.

Azvision.az xəbər verir ki, ABŞ-ın xaricdəki vətəndaşlarına ünvanlanan xəbərdarlıq Dövlət Departamentinin "Tvitter"dəki rəsmi səhifəsində yerləşdirilib.
Qeyd olunub ki, yaxınlaşan bayram günlərində Barselonada, xüsusən də Rambla küçəsində terakt baş verə bilər.

ABŞ Dövlət Departamenti bununla əlaqədar xaricdəki amerikalıları nəqliyyatın sıx hərəkət zonalarında ehtiyatlı olmağa çağırıb. Vurğulanıb ki, terrorçular turistik məkanları və nəqliyyat qovşaqlarını hədəfə alaraq qəfildən hücum edə bilərlər.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: İspaniya   ABŞ  





Xəbər lenti