Mettis qoşunların Suriyadan çıxarılmasına dair əmr imzaladı

 Mettis qoşunların Suriyadan çıxarılmasına dair əmr imzaladı
  24 Dekabr 2018    Oxunub:3041
ABŞ-ın müdafiə naziri Ceyms Mettis Amerika qoşunlarının Suriyadan çıxarılmasına dair əmr imzalayıb.

Azvision.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı Pentaqon rəsmisinə istinadən məlumat yayıb. Pentaqonun mətbuat katibi daha sonra “France Presse” agentliyinə açıqlamasında bu məlumatı təsdiqləyib.
Xatırladaq ki, 19 dekabrda ABŞ prezident Donald Tramp İŞİD-i məğlub etdiklərinə görə artıq Suriyada qalmaqları üçün bir səbəb olmadığından ABŞ qoşunlarının oradan çıxarılması barədə qərar qəbul edib. Daha sonra isə Ağ Ev açıqlama yayaraq ABŞ hərbçilərinin Suriya ərazisindən çıxarılma prosesinə başlanıldığını deyib. Amerikalı hərbçilər 60-100 gün arasında Suriyadan tamamilə çıxarılacaq. Lakin Trampın bu qərarına etiraz olaraq Pentaqon rəhbəri Ceyms Mettis ötən həftə istefa ərizəsi yazıb. Tramp bildirib ki, 2019-cu ildən müdafiə nazirinin səlahiyyətlərini Mettisin müavini Patrik Şanaxan icra edəcək.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Suriya   Pentaqon   ABŞ  





Xəbər lenti