Dövlət qulluqçuları hər gün gimnastika ilə məşğul olacaqlar

  23 Dekabr 2018    Oxunub : 4302
Dövlət qulluqçuları hər gün gimnastika ilə məşğul olacaqlar
Özbəkistanın dövlət təşkilatlarının əməkdaşları bundan sonra hər gün iş yerində gimnastika ilə məşğul olacaqlar.
Özbəkistan prezidentinin imzaladığı fərmana əsasən dövlət qurumları həftədə bir gün “Sağlamlıq günü” keçirməlidirlər.

Həmin gün əməkdaşlar qaçış, üzgüçülük, futbol, basketbol, tennis və s. kimi fiziki-kütləvi tədbirlərdə iştirak etməlidirlər.

Sənəddə bildirilir ki, bundan sonra dövlət qurumları öz aralarında mütəmadi olaraq müxtəlif yarışlar keçirməlidirlər. (AzərTAc)

Azvision.az

Teqlər: Gimnastika