Millinin yeni baş məşqçisi: “Hədəflərimiz dəyişilməz qalır”

      Millinin yeni baş məşqçisi:    “Hədəflərimiz dəyişilməz qalır”
  23 Dekabr 2018    Oxunub:13408
Yenidən böyüklərdən ibarət sərbəst güləş yığmamıza baş məşqçi təyin olunan Saypulla Absaidov Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verib.
Azvision.az xəbər verir ki, məsuliyyətli işin altına girdiyini söyləyən təcrübəli mütəxəssis qarşıya qoyulan hədəflərdən danışıb:

"Federasiya rəhbərliyi yenidən bu vəzifəyə məni layiq gördüyü üçün şadam və minnətdaram. Çox məsuliyyətli bir vəzifə həvalə olunub. Növbəti il dünya çempionatı lisenziya xarakteri daşıyır. Biz Qazaxıstanın paytaxtı Astanada keçiriləcək mundialda Olimpiadaya vəsiqələr əldə etməliyik. İndi iş planı və hazırlıq sistemi haqqında fikirləşirəm. 2019-cu ilə müxtəlif beynəlxalq turnirlərlə başlayacağıq. Apreldə Avropa çempionatı, iyunda isə 2-ci Avropa Oyunlarına qatılacağıq. Sözsüz ki, əsas məqsəd sentyabrda keçiriləcək dünya çempionatında uğurlu çıxış etməkdir. Hədəflərimiz dəyişilməz qalır. Yaxşı məşqçilərimiz var. Heyətimiz də kifayət qədər güclüdür. Komandamızda həm təcrübəli, həm də böyük perspektiv vəd edən gənc güləşçilər var. Belə kollektivlə rəhbərliyin qarşımıza qoyduğu hədəfə çata bilərik".

Azvision.az



Teqlər: Güləş  





Xəbər lenti