“Sarı jiletli”lərin etirazına 40 minə yaxın insan qoşulub - (Yenilənib)

“Sarı jiletli”lərin etirazına 40 minə yaxın insan qoşulub -  (Yenilənib)
  23 Dekabr 2018    Oxunub:8538
Parisdə polis Yelisey prospektinə toplaşmış “sarı jiletli”lərin aksiyasını gözyaşardıcı qaz və su şırnağının köməyi ilə dağıdıb.
Fransa Daxili İşlər Nazirliyi ölkə üzrə etiraz aksiyalarına 38 min 600 nəfərin qoşulduğunu bildirib.

***
Parisdə "sarı jiletlər"in etiraz aksiyaları zamanı 142 nəfər saxlanılıb.

Bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Daha əvvəl 79 nəfərin saxlanıldığı bildirilirdi.

***
Parisdə “sarı jiletlər” etiraz aksiyaçıları kodlaşdırılmış ismarıclarla hərəkət etdiklərini qeyd ediblər.

Əvvəlki şənbələrdən fərqli olaraq, toplaşdıqları məkan və aksiyanın istiqamətləri ilə bağlı göstərişləri kodlaşdırılmış ismarıclarla alan aksiyaçılar polisi çətin vəziyyətə salıb.

Polis Versal sarayının qarşısına toplaşıb, lakin aksiyaçılar Monmartre məhəlləsinə yığışıblar. Səhər saatlarında paytaxtın şimalında toplaşmış aksiyaçılar günorta Paris meriyasının qarşısına gəliblər. Oradan Yelisey çölləri prospektinə doğru irəliləyirlər. Aksiya dinc şəkildə davam edir.

Parisdə “sarı jiletlər”in rəhbərlərindən olan Erik Droue ilə yanaşı, 65 aksiyaçı saxlanılıb və onlardan 4-ü müvəqqəti saxlama məntəqəsinə yerləşdirilib.

Fransanın digər şəhərlərində də aksiyaçılarla polis arasında gərginlik yarandığı bildirilir. Aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edilir. (AzərTac)

***
Fransada “sarı jiletlilər”in növbəti etiraz aksiyası keçirilir.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Parisdə təşkil olunan aksiyaya minə yaxın nümayişçi qatılıb.

Aksiyaçılar “Sacre Coeur” kilsəsinin və Versal sarayının qarşısına toplaşıblar. Əraziyə polis əməkdaşları və zirehli maşınlar cəlb olunub.

Azvision.az



Teqlər: Sarı-Jiletlilər  





Xəbər lenti