NATO Ukrayna ilə əməkdaşlığı gücləndirir

   NATO Ukrayna ilə əməkdaşlığı gücləndirir
  22 Dekabr 2018    Oxunub:5282
NATO-nun Brüsseldəki baş qərargahında keçirilən müdafiə-texniki əməkdaşlıq üzrə Ukrayna-NATO birgə işçi qrupunun iclasında 2019-cu ildə Kiyevlə alyans arasında əməkdaşlığın daha da intensivləşdirilməsi barədə razılığa gəlinib.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ukrayna və NATO gələn ilki əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdiriblər.

“İclasda aparılan danışıqlar nəticəsində tərəflər Ukrayna-NATO müdafiə-texniki əməkdaşlığı üzrə yol xəritəsinin həyata keçirilməsində prioritet istiqamətləri müəyyənləşdirdilər və NATO standartlarının tətbiqi, hərbi heyətin peşəkar hazırlığı, raket və hərbi sursatların təhlükəsiz saxlanılma sisteminin mükəmməlləşdirilməsi də daxil olmaqla 2019-ci ildə əməkdaşlığın intensivləşdirilməsi barədə razılığa gəliblər” – məlumatda vurğulanıb.

Qeyd edək ki, 2014-cü ilin dekabrında Ali Rada Ukraynanın bloklara qoşulmama statusunu ləğv edib və Kiyev Ukraynanın NATO-ya qoşulmasını xarici siyasətinin başlıca məqsədinə çevirib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ukrayna   NATO  





Xəbər lenti