Erməni general 25 milyona azadlığa çıxdı - VİDEO
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Ümumi Yurisdiksiya Məhkəməsi Qriqoryanın 25 milyon dram müqabilində azad edilməsi barədə qərar verib.
Qeyd edək ki, vəkillər son altı ay ərzində dəfələrlə məhkəməyə müraciət edərək M.Qriqoryanın xəstəliyi ilə əlaqədar onun azad olunmasına çalışırdılar.
Xatırladaq ki, Manvel Qriqoryan qanunsuz silah saxlamaqda və özgə əmlakını mənimsəməkdə təqsirli bilinirdi.
İlkin Nəcəfzadə
Azvision.az
Teqlər: Ermənistan Manvel-Qriqoryan