Səfirliyimiz döyülən azərbaycanlı barədə yeni bəyanat yaydı

Səfirliyimiz döyülən azərbaycanlı barədə yeni bəyanat yaydı
  06 Noyabr 2013    Oxunub:1271
Azərbaycanın Rusiyadakı Səfirliyi Zelenoqrad şəhərində döyülən 14 yaşlı azərbaycanlı əlil oğlan Kazımov Rövşən Müzəffər oğlunun işi barədə yeni bəyanat yayıb.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bəyanatda bildirilir:

"Geniş ictimai əks-sədanı nəzərə alaraq, Səfirlik 1 noyabr 2013-cü il tarixində Zelenoqrad şəhərində 14 yaşlı azərbaycanlı əlil oğlanı Kazımov Rövşən Müzəffər oğlunun qəddarcasına döyülməsi məsələsinin araşdırılmasını nəzarət altında saxlayır. Hal-hazırda bədən xəsarətlərinin yetirilməsi işi üzrə şübhəli bilinən 1993-cü il təvəllüdlü Zelenoqrad şəhərinin sakini Lısakov Mixail Valeryeviç RF Cinayət Məcəlləsinin 116.2 hissəsi ilə saxlanılmışdır.

İstintaq və cinayət işinə məhkəmə instansiyalarında baxılması zamanı Rövşən Kazımovun hüquqlarının müdafiə edilməsi məqsədilə Səfirlik tərəfindən vəkil tutulmuşdur. Yeniyetmə əlilin döyülməsi haqqında bu iş gələcəkdə də Səfirlik tərəfindən nəzarət altında saxlanılacaq".


Teqlər:  





Xəbər lenti