Piyadanı vurub qaçan şəxs tapıldı

Piyadanı vurub qaçan şəxs tapıldı
  06 Noyabr 2013    Oxunub:1171
Şəmkirdə piyadanı vurub hadisə yerindən qaçan şəxs müəyyən edilib.
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, noyabrın 4-də saat 19:00 radələrində Bakı-Qazax magistralının Şəmkir rayonunun Muxtariyə kəndindən keçən hissəsində naməlum avtomobilin 37 yaşlı Keçili kənd sakini Anar Məhəmməd oğlu Məhərrəmovu vuraraq hadisə yerindən qaçması haqqında xəbər verilib.

Noyabrın 5-də Şəmkir polisinin keçirdiyi əmiliyyat-axtarış təbdirləri nəticəsində həmin avtomobil və sürücüsü müəyyən edilib.

Məlum olub ki, hadisəni Şəmkir rayon Qaracəmirli kənd sakini 41 yaşlı Məharət Əliyev törədib.

Həmin şəxs saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı istintaq davam etdirilir.


Teqlər:  





Xəbər lenti