ABŞ İraqa 90 gün möhlət verdi

   ABŞ İraqa 90 gün möhlət verdi
  21 Dekabr 2018    Oxunub:5295
ABŞ Tehrandan elektrik enerjisi idxalını davam etdirməsi üçün İraqı İrana qarşı tətbiq etdiyi sanksiyalardan 90 gün müddətinə azad edib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib. Qeyd olunur ki, İrana qarşı sanksiyalardan İraqa verilən 45 günlük möhlətin müddəti 90 günə uzadılıb. Bununla İraq yeni tədarükçülər axtarmaqla yanaşı, qonşusundan elektrik enerjisi və təbii qaz alışını davam etdirə biləcək.

Hazırda İraqın enerji sektoru böhran vəziyyətindədir və daxili tələbatın ödənilməsi üçün yetərincə elektrik enerjisi istehsal edə bilmir. Tehrana qarşı noyabrda qüvvəyə minən ABŞ-ın ikinci paket sanksiyaları isə İraqı başlıca enerjisi təchizatçısı olan İrandan məhrum olmağa məcbur edir.

Leyla Elbrusqızı
Azvision.az







Teqlər: İran   İraq   ABŞ  





Xəbər lenti