Lukaşenko Zasın KTMT baş katibi təyin edilməsini təsdiqlədi

Lukaşenko Zasın KTMT baş katibi təyin edilməsini təsdiqlədi
  21 Dekabr 2018    Oxunub:5074
Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Dövlət Təhlükəsizlik Şurasının katibi Stanislav Zasla işçi görüş keçirib. Azvision.az “Belta”ya istinadən xəbər verir ki, söhbət zamanı Zas onun KTMT-nin baş katibi postuna namizədliyi məsələsini razılaşdırmalı olan təşkilata üzv dövlətlərin rəhbələri ilə keçirdiyi görüşlər barədə Lukaşenkonu məlumatlandırıb.
Zas bildirib ki, artıq Qırğızıstan, Qazaxıstan, Tacikistan və Rusiyada olub və Ermənistandan başqa KTMT-nin bütün digər üzvləri onun baş katib postuna namizədliyini dəstəkləyiblər. Lukaşenko da Stanislav Zasın bu posta təyinatını rəsmən dəstəkləyərək, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının müvafiq qərar layihəsini imzalayıb.

“Mən əvvəl də demişdim ki, Belarusdan bir neçə namizəd var idi. Amma mən Zasın üzərində dayandım ki, artıq KTMT-də keçmiş, istefada olan generalların formal təyinatından imtina edərək, təşkilata əhəmiyyət verildiyini göstərmək üçün fəaliyyətdə olan gənc və perspektivli generalları təyin etməyimizin vaxtı çatdığını nümunə göstərim. Özü də biz hərbi xidmətdən və siyasətdən çoxdan uzaqlaşan istefada olan generalları təyin edirdik, KTMT isə hərbi-siyasi təşkilatdır” – Lukaşenko niyə məhz Stanislav zası seçməsinə aydınlıq gətirib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Belarus   KTMT   Zas  





Xəbər lenti