"Ermənistan rəhbərliyi ilə görüşə hazıram" - KTMT Baş katibliyinə namizəd

   "Ermənistan rəhbərliyi ilə görüşə hazıram" -    KTMT Baş katibliyinə namizəd
  21 Dekabr 2018    Oxunub:5589
Ümid edirəm ki, Kollketiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə konsensusla təyin olunacağam. Azvision.az “Belta”ya istinadən xəbər verir ki, bunu Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, Belarusun KTMT-nin baş katibi vəzifəsinə namizədini Qırğızıstan, Qazaxıstan, Tacikistan və Rusiya prezidentləri artıq razılaşdırıblar: "Bütün dövlət başçıları ilə görüşüm olub. Görüşlər məhsuldar, müsbət keçib və şəxsən mənim üçün faydalıdır. Düşünürəm ki, qalan günlər ərzində və ya gələn ilin ilk günlərində bütün hüquqi prosedurlar təmin ediləcək və yeni vəzifəmdə fəaliyyətə başlayacağam".

"Ermənistan rəhbərliyi ilə görüşünüz planlaşdırılırmı" sualına cavabında isə S.Zas deyib: "Mən Ermənistan baş naziri üçün münasib vaxtda ora gedib onunla, xarici işlər naziri, müdafiə naziri ilə görüşüb təşkilatın fəaliyyətində gördükləri problemləri müzakirə etməyə hazıram. KTMT-nin nizamnaməsində qərarların qəbul qaydası məhdud formatda nəzərdə tutulub. Bu halda heç də hər ölkə bu və ya digər məsələ ilə razı olmur. Amma ümid edirəm ki, gündəmdə duran məsələlərlə bağlı konsensusa nail olunacaq. Bu variant, iş üçün ən yaxşı və faydalı olacaq. Normal işləmək üçün bu fikir ayrılıqlarını aradan qaldırmaq lazımdır".

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: KTMT   Belarus  





Xəbər lenti