Çexiyada ölənlərin sayı 13 nəfərə çatıb - Yenilənib

Çexiyada ölənlərin sayı 13 nəfərə çatıb -  Yenilənib
  21 Dekabr 2018    Oxunub:5616
Çexiyada kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. Azvision.az "TASS"-a istinadən xəbər verir ki, dağıntılar altından çıxarılan 3 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərin əksəriyyəti mədəndə muzdla işləyən Polşa vətəndaşlarıdır.
Hazırda Çexiyanın və Polşanın baş nazirləri Andrey Babiş və Mateuş Moraveski hadisə yerinə gediblər. Mədəndə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

**

Çexiyadakı mədənlərdən birində partlayış baş verib. Azvision.az "Ria Novosti"yə istinadən bildirir ki, metan qazının partlaması nəticəsində azı 5 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Qeyd olunub ki, hadisə nəticəsində 8 nəfər itkin düşüb. Mədəndə bütün işlər dayandırılıb və xilasetmə əməliyyatı aparılır.

Azvision.az



Teqlər: Çexiya  





Xəbər lenti