Trampdan Gülnarə Kərimova ilə bağlı qərar

 Trampdan Gülnarə Kərimova ilə bağlı qərar
  21 Dekabr 2018    Oxunub:4977
ABŞ prezidenti Donald Tramp Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovaya tətbiq edilən sanksiyaların müddətini uzadıb.
Azvision.az xəbər verir ki, sanksiya tətbiq edilən şəxslərin siyahısında dünya üzrə 13 nəfərin, həmçinin onlarla əlaqədar 39 fiziki şəxsin və şirkətin adı var.

Özbəkistanın Baş Prokurorluğunun məsələ ilə bağlı açıqlamasında isə qeyd olunur ki, Gülnarə Kərimova vergidən yayınmaqda və soyğunçuluqda ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib və hazırda cəzasını çəkir. Sanksiyaların müddətinin uzadılması isə ABŞ-ın daxili işidir.

Qeyd edək ki, ABŞ Gülnarə Kərimovaya qarşı 2017-ci ilin dekabrında bir il müddətinə sanksiyalar tətbiq etmişdi.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Tramp  





Xəbər lenti