Azərbaycanın ən güclü güləşçiləri müəyyənləşdi

Azərbaycanın ən güclü güləşçiləri müəyyənləşdi
  21 Dekabr 2018    Oxunub:13871
Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başa çatıb.
Yarışın ikinci günündə 57, 61, 65, 70, 74, 79, 86, 97 və 125 kiloqrama qədər çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar. Ümumilikdə, güləşin bu növündə 205 pəhləvan qüvvəsini sınayıb.

Ən yüngül çəki dərəcəsində (57 kq) yarışın qalibi Mahir Əmiraslanov (“Neftçi” İC) olub. Bundan başqa, 61 kiloqramda Mircəlal Həsənzadə, 65 kiloqramda Turan Bayramov, 70 kiloqramda Ağahüseyn Mustafayev, 74 kiloqramda Hacımurad Hacıyev, 79 kiloqramda İbrahim Yusubov, 86 kiloqramda Murad Süleymanov, 92 kiloqramda Şamil Zubairov, 97 kiloqramda Nurməhəmməd Hacıyev və ən ağır çəkidə - 125 kiloqramda isə İslam Abuyev çempion adını qazanıblar.

Yarışlardan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Azvision.az



Teqlər: Güləş   Çempionat  





Xəbər lenti