Azərbaycan kubokunda yarımfinalçılar məlum oldu

  20 Dekabr 2018    Oxunub : 12061
Azərbaycan kubokunda yarımfinalçılar məlum oldu
Azərbaycan kubokunda yarımfinal mərhələsinə yüksələn klublar müəyyənləşib.
Azvision.az xəbər verir ki, günün ilk oyununda debütant "Sabah" "Qəbələ"ni qəbul edib. "Əlincə Arena"da keçirilən görüş "Qəbələ"nin 0:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Hər iki matçın nəticəsinə əsasən, növbəti tura "Qəbələ" yüksəlib.

Günün digər görüşündə "Qarabağ" "Keşlə"nin qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. İlk oyunda (1:0) qalib gələn Ağdam təmsilçisi yarımfinala vəsiqə qazanıb.

Kubokun yarımfinal mərhələsində "Sumqayıt" "Zirə", "Qəbələ" isə "Qarabağ"la gücünü sınayacaq.

Azvision.az

Teqlər: Kubok