Fransada etirazçı polislər hökumətlə razılığa gəldi
Sənədə əsasən, 2019-2020-ci illərdə polis əməkdaşlarının aylıq maaşı rütbə və stajlarından asılı olaraq 120-150 avro artırılacaq. Eyni zamanda, polislərin stajlarına görə verilən maaşlarına əlavə olaraq 40 avro məbləğində bonus veriləcək. Həmçinin, öz həyatlarının riskə atan polislərə verilən xüsusi mükafatlar da artırılacaq.
Qeyd edək ki, 8 dekabrdan etibarən Fransa polis işçilərinin həmkarlar ittifaqı Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarını müddətsiz tətil elan etməyə və “sarı gödəkçələr” hərəkatının başlatdığı etirazlara qoşulmağa çağırmışdı. Nəticədə Fransa polisləri də aksiyaya qatılmışdı. Polis həmkarları tələb edirdirlər ki, hökumət təhlükəsizlik qüvvələrinə ayrılan büdcə xərclərini azaltmasın. Onlar həmçinin, ağır iş şəraitinə baxmayaraq, polislərin yetərincə əmək haqqı və əlavə kömək almadığından şikayətlənirdilər.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Fransa