Qırğızıstan da İrəvana zərbə vurdu

 Qırğızıstan da İrəvana zərbə vurdu
  19 Dekabr 2018    Oxunub:3807
Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna Belarus nümayəndəsinin namizədliyini dəstəkləyir.

Azvision.az xəbər verir ki, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov bu gün mətbuata açılamasında bu cür bəyanatla çıxış edib.
“Bu il KTMT-də sədrlik Qırğızıstana keçib və mən artıq Belarus Respublikasının Dövlət Təhlükəsizlik Şurasının katibini (Stanislav Zas) qəbul etmişəm. Biz söhbət apardıq və mən müvafiq qərar imzaladım. Düşünürəm ki, KTMT kimi vacib və zəruri bir təşkilatı baş katibsiz qoymaq olmaz” - Jeenbekov vurğulayıb.

Qeyd edək ki, KTMT-yə Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və Ermənistan daxildir. Jeenbekovun bəyanatı ilə artıq Rusiyadan başqa KTMT-nin bütün digər üzvlərinin baş katib postuna Ermənistan nümayəndəsinin təyin edilməməsi məsələsində vahid mövqedən çıxış etdiyi öz təsdiqini tapıb.

Onu da xatırladaq ki, hazırda KTMT-nin baş katibi postuna ən real namizədlərdən biri olan Belarus Respublikasının Dövlət Təhlükəsizlik Şurasının katibi Stanislav Zas 1964-ci ildə Ukraynada Çerniqov vilayətində anadan olub. 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini, 1996-ci ildə Belarus Respublikasının Hərbi Akademiyasını, 2005-ci ildə isə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi akademiyasını fərqlənmə diplomu və qızıl medalla bitirib. Hərbi elmlər namizədidir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Qırğızıstan  





Xəbər lenti