Güləş çempionatında finalçılar müəyyənləşib

Güləş çempionatında finalçılar müəyyənləşib
  19 Dekabr 2018    Oxunub:14078
Bakı İdman Sarayında keçirilən böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatının birinci gününə yekun vurulub.
Azərbaycan Güləş Federasiyasından Azvision.az -a verilən məlumata görə, çempionatın birinci günündə 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kiloqramadək çəki dərəcələrində 206 pəhləvan yunan-Roma güləşi üzrə mübarizə aparıb.

Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunan yarışda finalçılar müəyyənləşib. Çempionatda 55 kiloqram çəki dərəcəsində finalda Zaur Əliyevin rəqibi Ziya Zeynalov olacaq. Altmış kiloqram çəki dərəcəsində qızıl medallar uğrunda Murad Bazarov və Mikayıl Rəhmanov üz-üzə gələcəklər. Azərbaycan çempionatında 63 kiloqram çəki dərəcəsində qalib adı uğrunda Taleh Məmmədov ilə Murad Məmmədov güclərini sınayacaqlar. Altmış yeddi kiloqram çəki dərəcəsində isə Elman Muxtarov və Kərim Cəfərov çempion adı uğrunda qarşılaşacaqlar. Digər çəki dərəcələri üzrə finallarda aşağıdakı qarşılaşmalar keçiriləcək: İslambek Dadov - Azad Əliyev (72 kq), Rüstəm Əliyev - Nəsir Həsənov (77 kq) Elvin Mürsəliyev - Elməddin Ramazanov (82 kq), İslam Abbasov - Rafiq Hüseynov (87 kq), Adil Hüseynov - Arif Niftullayev (97 kq), Musa Mirzəyev - Oyan Nəzəriani (130 kq).

Çempionatın reqlamentinə əsasən, yarışın birinci günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar. Dekabrın 19-da bu növ üzrə medal görüşləri keçiriləcək. Dekabrın 19-da sərbəst güləşçilərin mübarizəsinə start veriləcək. Sərbəst güləşçilərin qızıl və bürünc medal uğrunda qarşılaşmaları dekabrın 20-də təşkil olunacaq.

Azvision.az


Teqlər: Güləş   Çempionat  





Xəbər lenti