İlin ən dəhşətli hadisələri - XRONOLOGİYA
Yanvar ayı
13 yanvar - Hindistanın Mumbai şəhərində helikopter qəzaya uğrayıb. Nəticədə 5 nəfər ölüb.
14 yanvar - Perunun Pukuio şəhərinin 150 km cənub-şərqində 7.1 bal gücündə zəlzələ olub.
15 yanvar - İraqın paytaxtı Bağdada törədilən terror aktı 38 nəfərin ölümünə səbəb olub.
17 yanvar - ABŞ-ın Miçiqan ştatında görülən meteorit yerə yaxınlaşmadan məhv edilib.
17 yanvar - Kolumbiyanın Seqovia şəhərində hərbi helikopter qəzası nəticəsində 10 nəfər həlak olub.
25 yanvar - İtaliyanın Cermona şəhərindən Milana gedən qatar relsdən çıxıb, bir neçə nəfər ölüb.
26 yanvar - Cənubi Koreyanın Miryanq şəhər xəstəxanasında baş verən yanğın nəticəsində 41 nəfər faciəli şəkildə ölüb.
27 yanvar - Əfqanıstanın paytaxtı Kabildə nəqliyyat vasitəsinin partladılması nəticəsində 95 nəfər dünyasını dəyişib.
30 yanvar - ABŞ-ın Los Ancelos ştatında helikopter qəzaya düşüb.
31 yanvar - Qanlı Ay tutulması hadisəsi baş verib.
Fevral ayı
1 fevral - Yaponiyanın Sapporo şəhərində qocalar evində yanğın olub, 11 nəfər ölüb.
2 fevral - Fransanın Marsel şəhərində hərbi helikopter qəzaya uğrayıb, 5 nəfər həyatını itirib.
2 fevral - Aralıq dənizində Liviyadan olan miqrantları daşıyan qayıq batıb, 90 nəfər ölüb.
6 fevral - Tayvanın şərq sahillərində 6.4 bal gücündə zəlzələ olub, 17 nəfər ölüb, 285-i yaralanıb.
12 fevral - Saratov Hava Yollarına aid sərnişin təyyarəsi qəzaya uğrayıb, 71 nəfər sərnişindən sağ qalan olmayıb.
15 fevral - ABŞ-ın Florida ştatında 19 yaşlı Nikolas Kruzun litseyə hücumu nəticəsində 17 nəfəri həyatını itirib.
16 fevral - Meksikanın Oaxaca şəhərində 7.5 bal gücündə zəlzələ baş verib, 14 nəfər ölüb, 285 nəfər yaralanıb.
17 fevral - Nigeriyanın Borna əyalətində baş yerən terror aktı nəticəsində 21 nəfər ölüb.
17 fevral - Meksikada hərbi təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər ölüb.
18 fevral - Aseman Hava Yollarına aid 65 nəfəri daşıyan təyyarə İsfahan yaxınlığında qəzaya uğrayıb, sağ qalan olmayıb.
25 fevral - Papua Yeni Qvineyada 7.5 bal gücündə zəlzələ olub. 75 nəfər ölüb, 500 nəfər yaralanıb.
Mart ayı
6 mart - Rusiya Hava Qüvvələrinə aid Antonov-26 tipli yük təyyarəsi Suriyadakı Xmeymim bazası yaxınlığında qəzaya uğrayıb, 32 nəfər ölüb.
7 mart - Çeçenistanda Mi-8 tipli helikopter qəzaya düşüb, nəticədə 7 nəfər həlak olub.
15 mart - İraqda ABŞ-a aid helikopterin qəzaya düşməsi 7 əsgərin ölümünə səbəb olub.
25 mart - Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində yanğın olub. 64 nəfər ölüb.
28 mart - Venesuelanın Carabobo əyalətində polis idarəsində baş verən yanğında 68 nəfər həlak olub.
30 mart - İsrail əsgərlərinin Qəzza zolağında açdığı atəş nəticəsində 15 nəfər ölüb.
Aprel ayı
7 aprel - Suriyanın Duma şəhərinə hücumda xlor qazından istifadə edilib. Hadisə 45 nəfərin ölümü ilə yekunlaşıb.
11 aprel - Braziliyanın Para əyalətində həbsxanalardan birində baş verən yanğın nəticəsində 21 nəfər ölüb.
11 aprel - Əl Cəzayirdə İlyuşin İl-76 tipli hərbi təyyara qəzaya uğradı 267 nəfər həyatını itirib.
May ayı
4 may - Hindistanın Racastan, Uttar Pradeş və Uttarakhand əyalətlərində baş verən qum fırtınasında 125 nəfər ölüb.
5 may - Pakistanın Bəlucistan əyalətində kömür mədənində baş verən partlayış nəticəsində 23 işçi ölüb.
İyun ayı
3 iyun - Qvatemalada Fueqo vulkanı püskürüb, 109 nəfər ölüb.
25 iyun - Nigeriyanın mərkəzində iki silahlı qrupun atışması nəticəsində 86 nəfər dünyasını dəyişib.
İyul ayı
6 iyul - 1995-ci ildə Tokio metrosunda 12 nəfərin ölümünə, 5 min nəfərin yaralanmasına səbəb olan Aum Şinrikyo təriqətinin lideri Shoko Asahara edam edilib.
10 iyul - Yaponiyanın cənub-qərbində sel fəlakəti baş verib, 176 nəfər ölüb.
24 iyul - Yunanıstandakı meşə yanğınlarında 92 nəfər ölüb, 187 nəfər isə yaralanıb.
24 iyul - Laosda su anbarının partlaması nəticəsində 20 nəfər həlak olub, 100-dən artıq adam itkin düşüb, 6000 nəfər evsiz qalıb.
30 iyul - Hindistanın Maharaştra universitetinin işçilərini daşıyan avtobus 300 metrlik uçuruma yuvarlanıb. 30 nəfərin öldüyü təsdiqlənib.
Avqust ayı
14 avqust - İtaliyanın Cenova şəhərində körpünün şiddətli fırtına nəticəsində yaşayış məntəqələrinin üzərinə çökməsi 43 nəfərin ölümünə səbəb olub.
Sentyabr ayı
2 sentyabr - Braziliya Milli Muzeyi yanıb. 20 milyon eksponatdan 90 faizi külə dönüb.
22 sentyabr - İranın Əhvaz şəhərində hərbi keçid zamanı terror aktı törədilib. 29 nəfər həlak olub.
Oktyabr ayı
17 oktyabr - Krımda Kerç Politexnik Kollecinə silahlı hücum zamanı 20 nəfər ölüb.
19 oktyabr - Hindistanın Amrista şəhərində qatarın kütlənin üzərinə sürülməsi 59 nəfərin ölümü ilə nəticələnib.
27 oktyabr - ABŞ-ın Pistburq şəhərindəki sinaqoqa edilən hücum zamanı 11 nəfər ölüb.
29 oktyabr - “Lion Air” şirkətinə məxsus təyyarə qəzaya düşüb. 189 nəfər ölüb.
31 oktyabr - Əfqanıstanda hərbi helokopter qəzaya uğrayıb, 25 nəfər həlak olub.
Noyabr ayı
7 noyabr - ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları baş verib. 14 min ev kül olub. 100-dən artıq insan həyatını itirib.
Dekabr ayı
1 dekabr - Braziliyanın San-Paulu şəhərinin şimalında şəxsi təyyarənin yaşayış ərazisinə düşməsi nəticəsində 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb.
4 dekabr - Ermənistanın hərbi təyyarəsi qəzaya uğrayıb, iki pilot ölüb
6 dekabr - İranın Sistan və Bəlucistan vilayətinin Çabahar liman şəhərində terror aktı nəticəsində 3 nəfər ölüb, 61 nəfər də xəsarət alıb.
8 dekabr - Hindistanda sərnişin avtobusunun yarğana yuvarlanması nəticəsində 11 nəfər ölüb, 19 nəfər xəsarət alıb.
8 dekabr - Braziliyada qarətçilərlə polis əməkdaşları arasında baş vermiş silahlı insident nəticəsində 12 nəfər həyatını itirib.
9 dekabr - Çində 22 avtomobil zəncirvari qəzaya uğrayıb. 5 nəfər ölüb, 18 nəfər yaralanıb.
9 dekabr - “Taliban" silahlıları Əfqanıstanda hərbi bazaya hücum edib. 8 əsgər həlak olub, 10-u itkin düşüb.
13 dekabr - Türkiyədə sürət qatarı lokomotivlə toqquşub. 9 nəfər ölüb, 47 nəfər yaralanıb.
14 dekabr - Malinin şərqində terrorçuların hücumu nəticəsində 52 nəfər qətlə yetirilib.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Xronika Hadisə Yanğın Fəlakət