Mourinyo istefaya göndərildi

  18 Dekabr 2018    Oxunub : 12148
 Mourinyo istefaya göndərildi
İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçi Joze Mourinyonu istefaya göndərib.
Azvision.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

"Daily Record" iddia edir ki, "Mançester Yunayted" Mourinyoya 24 milyon funt sterliq təzminat ödəyəcək. Yeni baş məşqçinin adının yaxın günlərdə açıqlanacağı bildirilir.

Qeyd edək ki, portuqaliyalı mütəxəssislə 2016-cı ilin mayında 3 illik müqavilə bağlanmışdı. Onun rəhbərliyi dövründə komanda ölkə çempionu ola bilməyib. 2017-ci ildə isə klub "Ayaks"ı məğlub etməklə (2:0) tarixində ilk dəfə Avropa Liqasının baş mükafatını qazanıb. Bu mövsüm "qırmızı şeytanlar" premyer Liqada uğursuz çıxışlarla diqqət çəkirdi. Belə ki, komanda 17 turdan sonra 26 xalla 6-cı pillədə qərarlaşıb.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Mourinyo   MY