Karapetyan Serjlə yollarını birdəfəlik ayırdı

 Karapetyan Serjlə yollarını birdəfəlik ayırdı
  18 Dekabr 2018    Oxunub:3443
Ermənistanın sabiq baş naziri, Respublikaçılar partiyasının sədri Serj Sarkisyanın birinci müavini Karen Karapetyan uzun müddətdir ki, partiyanın baş ofisinə baş çəkməyib və partiyadaşları ilə ünsiyyətdən qaçıb. Səbəb isə, onları xəyanətkar hesab etməsidir.
Azvision.az xəbər verir ki, bu barədə “Qraparak” qəzeti etibarlı mənbəyə istinadən yazıb.

“Karapetyan hesab edir ki, komanda yoldaşları davamlı şəkildə onun əleyhinə işləyiblər və Serj Sarkisyanın başçılıq etdiyi keçmiş hakimiyyət onunla pis rəftar edib. Bizə məlum oldu ki, artıq Karapetyan Respublikaçılar partiyasının sıralarını tərk etmək barədə ərizə yazıb. Və əldə etdiyimiz informasiyaya görə, sabiq baş nazirlə birlikdə, ötən parlament seçkilərində məhz onun xatirinə partiyaya üzv olan daha 7 min nəfər Respublikaçıların sırasını tərk edəcək. Ermənistanın Respublikaçılar partiyasında isə Karapetyanın partiyadan çıxmaqla bağlı ərizə yazdığını rəsmən təsdiqləyiblər” - qəzet yazıb.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ermənistan  





Xəbər lenti