Suriya müxalifətindən Ərdoğana dəstək: “Əməliyyatlara hazırıq”

 Suriya müxalifətindən Ərdoğana dəstək:  “Əməliyyatlara hazırıq”
  17 Dekabr 2018    Oxunub:4168
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gündən sonra Suriyanın şimalında Fərat çayından şərqə doğru YPG/PKK terrorçularına qarşı yeni hərbi əməliyyatların başlanacağını bəyan etdikdən sonra Azad Suriya Ordusu ilə yanaşı, Suriyanın silahlı müxalifəti də Ankaraya dəstək olacağını bildirib.
Azvision.az “Habertürk”ə istinadən xəbər verir ki, Suriyanın silahlı müxalifətinin sözçüsü Əymən Asimi YPG/PKK-nın beynəlxalq təhlükəsizliyə təhdid və Suriyada siyasi nizamlanmaya əngəl olduğunu deyərək, beynəlxalq birliyi Türkiyə və Suriya silahlı müxalifətinə dəstək verməyə çağırıb. Asimi hətta Fəratdan şərqdəki əməliyyatlara qoşulmamaları üçün ABŞ-dan təhdid aldıqlarını da bildirib.

“Fərat çayının şərqində həyata keçiriləcək əməliyyat Suriya xalqını təhlükəsizliyə və sabitliyə qovuşduran “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatlarının davamı, Suriyanın bütövlüyünü qoruyan əməliyyatdır. ABŞ Dövlət Departamentindən və nümayəndələrindən Türkiyə ilə birlikdə Fəratın şərqində həyata keçiriləcək hərəkata qoşulmamağımız üçün zənglər aldıq. Amma ABŞ-a rəğmən, Türkiyənin həyata keçirəcəyi əməliyyata dəstək verməkdə qərarlıyıq” – Asimi bəyan edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Türkiyə   ABŞ  





Xəbər lenti