Çempionlar Liqasının püşkü atıldı - Kimlər qarşılaşacaq?

  17 Dekabr 2018    Oxunub : 12655
 Çempionlar Liqasının püşkü atıldı - Kimlər qarşılaşacaq?
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Azvision.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatmanın nəticələrinə əsasən, səkkizdəbir finalda aşağıdakı oyunlar keçiriləcək:

“Şalke” - “Mançester Siti”;

“Atletiko Madrid” - “Yuventus”;

“Mançester Yunayted” - “Paris-Sen-Jermen”;

“Tottenhem” – “Borussiya Dortmund”;

“Lion” - “Barselona”;

“Roma” - “Porto”;

“Ayaks” - “Real Madrid”;

“Liverpul” - “Bavariya”

Qeyd edək ki, səkkizdəbir final mərhələsinin ilk oyunları fevralın 12-13-də və 19-20-də keçiriləcək. Cavab qarşılaşmaları isə martın 5-6-da və 12-13-də olacaq.

Azvision.az

Teqlər: Çempionlar-Liqası