“Ermənistanda xarici ölkələrin hərbçiləri olmayacaq” - Lavrov

 “Ermənistanda xarici ölkələrin hərbçiləri olmayacaq” -  Lavrov
  17 Dekabr 2018    Oxunub:5129
"Moskva və İrəvan Ermənistanda xarici hərbi qüvvələrin mövcud olmayacağına zəmanət verən sənəd üzərində işi başa çatdırır"

Azvision.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov “Komsomolskaya pravda” radiousuna müsahibəsində deyib.
“Bizlə Ermənistan arasında onların ərazisində xarici ölkələrin hərbçilərinin olmayacağına zəmanət verən sənədin hazırlanması prosesi başa çatmaq üzrədir. Və orada edilən hər şey hansısa təhdid və risklərin olmamasına zəmanət baxımından şəffaf olacaq”, –deyə Lavrov vurğulayıb.

Lavrovun sözlərindən belə aydın olub ki, bu sənədlə Ermənistanda Rusiyadan savayı hansısa üçüncü ölkənin hərbçilərinin yerləşdirilməyəcəyinə dair İrəvan Moskvaya zəmanət təqdim edəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti