Bədii gimnastika üzrə çempionlar müəyyən olundu

Bədii gimnastika üzrə çempionlar müəyyən olundu
  17 Dekabr 2018    Oxunub:17195
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində Bədii gimnastika üzrə açıq çempionat keçirilib.
Yarışlarda fərdi gimnastlar "balacalar", "yeniyetmələr", "gənclər" yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə "balacalar" və "yeniyetmələr" yaş kateqoriyasında mübarizə aparıb.



İdmançılar arasında “Abşeron” komandası, Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Zirvə "International" İdman Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, həmçinin Sumqayıt şəhəri, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri yer alıb.



Bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdiriblər. Sonda isə qaliblər müəyyənləşib. “Abşeron” komandasının 8 yaşlı üzvü Nəcəfli Emiliya ikinci yer, Əhmdova Aylin isə 3-cü yer tutub.



Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 5-ci Regionlararası Kuboku da keçirilib.

Azvision.az


Teqlər: DSX   Gimnastika  





Xəbər lenti