Qələbə sevinci faciə ilə nəticələndi - 13 yaralı

Qələbə sevinci faciə ilə nəticələndi -  13 yaralı
  17 Dekabr 2018    Oxunub:3154
Kolumbiyanın şimalında yerləşən Kordova Departamentində gecə klublarından birində baş verən partlayış nəticəsində 13 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə “Blu Radio” məlumat yayıb.

Bildirilib ki, bir qrup şəxs Montelibano şəhərindəki “El Rancho de Jhon” klubuna partlayıcı qurğu atıb. İnsident zamanı gecə klubunda olan şəxslər futbol üzrə Kolumbiya çempionatında “Junior de Barranquilla” komandasının qələbəsini qeyd edirmişlər.

Partlayış nəticəsində yaralananlar xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir. İnsidentlə əlaqədar cinayət işi açılıb, polis istintaq aparır.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Kolumbiya   Kordova  





Xəbər lenti