Çempionlar Liqasında 1/8 finalın püşkü atılacaq

Çempionlar Liqasında 1/8 finalın püşkü atılacaq
  17 Dekabr 2018    Oxunub:12248
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Azvision.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da başlayacaq.

Belə ki, klublar qrup qalibi və ikincisi olmaqla 2 səbətə bölünüblər. Əsasnaməyə görə, eyni qrupdan çıxanlar və bir ölkəni təmsil edənlər 1/8 finalda üz-üzə gələ bilməzlər.

Qrup birinciləri:

"Borussiya" (Dortmund, Almaniya)

"Barselona" (İspaniya)

PSJ (Fransa)

"Porto" (Portuqaliya)

"Bavariya" (Almaniya)

"Mançester Siti" (İngiltərə)

"Real" (İspaniya)

"Yuventus" (İtaliya)

Qrup ikinciləri:

"Atletiko" (İspaniya)

"Tottenhem" (İngiltərə)

"Liverpul" (İngiltərə)

"Şalke" (Almaniya)

"Ayaks" (Hollandiya)

"Lion" (Fransa)

"Roma" (İtaliya)

"Mançester Yunayted" (İngiltərə)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 12-13 və 19-20 fevralda, cavab qarşılaşmaları isə 5-6 və 12-13 martda keçiriləcək.

Azvision.az


Teqlər: ÇL   Püşkatma  





Xəbər lenti