İndoneziyada güclü zəlzələ olub

İndoneziyada güclü zəlzələ olub
  16 Dekabr 2018    Oxunub:4319
İndoneziyanın Papua əyalətində 5,9 bal gücündə zəlzələ olub.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Abepura şəhərindən 162 kilometr cənubda, ocağı isə 80 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Azvision.az



Teqlər: Zəlzələ  





Xəbər lenti