Gürcüstanın ilk qadın prezidenti and içdi - Yenilənib

 Gürcüstanın ilk qadın prezidenti and içdi -  Yenilənib
  16 Dekabr 2018    Oxunub:5671
Bu gün Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, mərasim Telavi şəhərində II İrakli sarayında baş tutub.

Ölkənin ilk qadın prezidenti kimi tarixə düşən Zurabişvili əlini konstitusiyanın üzərinə qoyaraq xalqına, millətinə sədaqətlə xidmət edəcəyinə and içib.

“Mən xalqımın rifahı və təhlükəsizliyini müdafiə edəcəyəm, millətim və vətənimin dirçəlməsi və gücləndirilməsinin qayğısına qalacağam”.

Mərasimdə iki minə yaxın insan, 55 ölkədən 150-dən çox xarici qonaq iştirak edib.

Qeyd edək ki, tədbirdə Azərbaycanı Milli Məclis sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Azvision.az


Teqlər: Zurabişvili   Gürcüstan  





Xəbər lenti