Fransadakı etirazlarda 66 min nəfər iştirak edib

   Fransadakı etirazlarda 66 min nəfər iştirak edib
  16 Dekabr 2018    Oxunub:4314
Fransada “sarı jiletlilər”in dekabrın 15-də keçirilən növbəti etiraz aksiyalarında azı 66 min nəfər iştirak edib.
BFM telekanalının Fransa Daxili İşlər Nazirliyinə istinadla yaydığı məlumata görə, Parisdə etirazçıların sayı 3 min nəfərdən çox olmayıb.

Qeyd edək ki, Fransada noyabrın 17-dən başlayaraq avtomobil yanacağının qiymətinin bahalaşmasına, vergilərin artırılmasına qarşı çıxan “sarı jiletlilər” hərəkatının kütləvi etiraz aksiyaları keçirilir.

Nümayişlər bir sıra hallarda polislə toqquşmalar və iğtişaşlarla müşayiət olunur. Son məlumata əsasən, aksiyaların gedişində indiyədək 7 nəfər həlak olub, 4,5 mindən çox etirazçı saxlanılıb.

Azvision.az


Teqlər: Fransa  





Xəbər lenti