“Qalatasaray” “Başakşəhər”lə bacarmadı

  15 Dekabr 2018    Oxunub : 11011
“Qalatasaray” “Başakşəhər”lə bacarmadı
Türkiyə Superliqasında XVI turun oyunları keçirilir.
Azvision.az xəbər verir ki, çempionatın lideri "Başakşəhər" öz meydanında “Qalatasaray”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Bu oyundan sonra "Başakşəhər" xallarının sayını 34-ə yüksəldərək liderliyini qoruyub. “Qalatasaray” isə 26 xalla ikinci yerə yüksəlib.

Xatırladaq ki, komandalar indiyədək 22 dəfə qarşılaşıblar. Onlardan 7-də "Başakşəhər", 11-də “Qalatasaray” qalib gəlib, 4 oyun isə heç-heçə başa çatıb.

Azvision.az

Teqlər: Qalatasaray