Çin ABŞ avtomobillərinə qoyulan tarifləri qaldırdı

Çin ABŞ avtomobillərinə qoyulan tarifləri qaldırdı
  14 Dekabr 2018    Oxunub:4173
2019-cu ilin yanvarın 1-dən etibarən Çin ABŞ istehsalı olan nəqliyyat vasitələrinə və avtomobil ehtiyat hissələrinə qoyulan gömrük rüsumlarının qüvvəsini 3 ay müddətinə dayandıracaq.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çinin Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Çin 1 yanvardan 31 martadək Amerikanın 144 ədəd nəqliyyat vasitəsi və ehtiyat hissələrinə tətbiq edilən 25 faizlik və 67 avtomobil hissələrinə 5 faizlik tarifləri dayandıracaq.

Nazirlik ümid edir ki, Çin və ABŞ bir-birilərindən idxal etdikləri məhsullara qarşı əlavə gömrük rüsumlarının ləğvi üzrə danışıqları sürətləndirəcəklər.

Xatırladaq ki, həftənin əvvəlində Ağ Evdən bildirilmişdi ki, Çin ABŞ istehsalı olan maşınlara və ehtiyat hissələrinə tətbiq etdiyi 40 faizlik rüsumları 15 faizə endirəcək. Bu barədə razılıq ikitərəfli ticarət danışıqlarında növbəti mərhələ üçün yol xəritəsinin müəyyənləşdirilməsinə dair ABŞ maliyyə naziri Stiven Mnuçin və ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer ilə Çin kommunist hökumətinin baş nazir müavini Liu He arasında aparılan telefon söhbətində əldə olunub.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Çin   ABŞ  





Xəbər lenti