İsrail “Həmas”ın 37 üzvünü həbs edib

 İsrail “Həmas”ın 37 üzvünü həbs edib
  14 Dekabr 2018    Oxunub:4296
İsrail hərbçiləri bu gecə İordan çayının qərb sahilindəki Ramallah şəhərində terror fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən 40 fələstinlini həbs edib. Onlardan 37-sinin “Həmas” silahlı hərəkatının üzvü olduğu bildirilir.
Azvision.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Ötən gün Asafda 2 hərbçinin ölümü, bir əsgər və digər bir vətəndaşın yaralanması ilə nəticələnən hücumdan sonra gecə ərzində əsgərlərimiz Ramallahda əməliyyat keçiriblər. İsrailin ümumi təhlükəsizlik xidmətinin (ŞABAK) və sərhəd polisinin dəstəyi ilə hərbçilərimiz İsrail vətəndaşlarına və əsgərlərinə qarşı yönələn terror fəaliyyəti ilə məşğul olmaqda, kütləvi terrorlar və iğtişaşlarda iştirakda şübhəli bilinən 40 nəfəri saxlayıb. Aralarında “Həmas”ın 37 fəalının olduğu şübhəlilər dindirilmə üçün təhlükəsizlik xidmətinə təhvil veriliblər”, – bəyanatda qeyd olunub.

Xatırladaq ki, İsrail tərəfindən zəbt edilən İordan çayının qərb sahilindəki Ofra qəsəbəsində dünən naməlum fələstinli avtobus dayanacağına atəş açaraq iki israillini öldürüb. Atəş açan fələstinli yaxınlıqdan keçən silahlı tərəfindən vurulsa da, o, yaralı şəkildə maşına minərək hadisə yerindən qaçmış və Ramallahda gizlənmişdi.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Həmas   İsrail  





Xəbər lenti