29 yaşlı Mariya casus olduğunu etiraf etdi - FOTO
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı Mariya gözlənilmədən haqqında səslənən bütün ittihamları qəbul edib.
İddia edilir ki, M.Butina Rusiya əleyhinə məhkəmə ilə danışıqlara gedib. Yaxın günlərdə məhkəmənin yekun qərar verəcəyi gözlənilir.
Qeyd edək ki, cari ilin iyul ayında Rusiya vətəndaşı Mariya Butina casusluq ittihamı ilə Vaşinqtonda saxlanılıb. Butina amerikalı siyasətçilərlə görüşüb və ABŞ-da qərarların qəbul edilməsinə təsir etmək üçün Moskvanın ondan istifadə etdiyi ehtimal edilib. Rəsmi Moskva ilə deyilənləri təkzib edərək Butinanın həbsini siyasi sifariş adlandırıb.
Azvision.az