“Tərəflər özləri məşğul olmalıdır” - Zaxarovadan Qarabağ barədə suala cavab

  “Tərəflər özləri məşğul olmalıdır”  - Zaxarovadan Qarabağ barədə suala cavab
  13 Dekabr 2018    Oxunub:3944
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycan və Ermənistan xalqlarının sülhə hazırlanması prosesi ilə tərəflərin özləri məşğul olmalıdır.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyua XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bəyan edib.

Jurnalistin “nazirlərin Milanda keçirilən görüşünün yekunu ilə bağlı Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda Azərbaycan və Ermənistan xalqlarının sülhə hazırlanması istiqamətində tərəflərin konkret addımlar atmasına çağırış edilib. Moskvada hansı konkret addımın atılmasını gözləyirlər?” sualına XİN rəsmisi cavab verib:

“Bu, hazırlanması lazım olan konkret addımlar kompleksidir və bununla həmsədrlərin köməyi ilə münaqişə tərəflərinin özləri məşğul olmalıdırlar. Lakin mən hansısa addımların sıralanmasından, yoxsa onların hazırlanmasından söhbət getdiyini dəqiqləşdirəcəyəm”, - deyə Zaxarova vurğulayıb.

Rusiya XİN rəsmisi həmçinin, MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin söhbətindən sonra münaqişə tərəfləri arasında hansısa dialoq yaratmağın həqiqətən də mümkünlüyü barədə sualı cavablandırıb: “Əlbəttə ki, tərəflər arasında dialoq var və bununla bağlı hansısa rəsmi bəyanat verməyə ehtiyac yoxdur. Çünki adını çəkdiyiniz sənədlərin qəbulundan və baş tutan görüşlərdən aydın olur ki, dialoq var və davam etdirilir. Minsk qrupunun həmsədri kimi Rusiya tərəfi olaraq başlıca məqsədə nail olunması istiqamətində müsbət və pozitiv dinamikaya aktiv töhfəmizi verəcəyik. Və başlıca məqsədin nə olduğunu da bilirsiniz, çünki bu barədə dəfələrlə demişik”

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya   XİN   Qarabağ   Zaxarova  





Xəbər lenti