AFFA milliyə yeni baş məşqçi axtarışındadır

AFFA milliyə yeni baş məşqçi axtarışındadır
  13 Dekabr 2018    Oxunub:11042
AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla Məşqçilər Komitəsinin yeni tərkibdə ilk görüşü keçirilib.
Azvision.az AFFA-ya istinadla xəbər verir ki, baş katib komitənin yeni üzvləri Şahin Diniyev və Yaşar Vahabzadəyə fəaliyyətlərində uğurlar arzulayıb.

Bir sıra aktual mövzular ətrafında müzakirələrin aparıldığı görüşdə Azərbaycan milli komandası və aşağı yaş qruplarından ibarət yığmaların baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı Məşqçilər Komitəsi tərəfindən təklif və tövsiyələrin hazırlanaraq baş katibliyə təqdim edilməsi xahiş olunub. Eyni zamanda, qeyd edilib ki, baş məşqçi namizədləri ilə keçiriləcək müsahibə-görüşlərdə Məşqçilər Komitəsinin üzvləri də iştirak edəcəklər.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin dekabrın 8-də keçirilən iclasında Şahin Diniyev və Yaşar Vahabzadənin Məşqçilər Komitəsinin üzvü təyin olunması barədə qərar qəbul edilib.

Azvision.az



Teqlər: AFFA  





Xəbər lenti