Qurbanovun “Arsenal”la oyunöncəsi şərhi

Qurbanovun “Arsenal”la oyunöncəsi şərhi
  13 Dekabr 2018    Oxunub:10385
"Qrup mərhələsində sonuncu oyunumuzdur, rəqibimiz İngiltərənin köklü klublarından "Arsenal"dır və gücü hamıya bəllidir"
Azvision.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə İngiltərənin "Arsenal" klubu ilə oyunöncəsi mətbuat konfransında deyib.

"Bilirik ki, rəqib bu mövsüm çox yaxşı nəticələr göstərir və İngiltərə nəhənglərindən biridir. Yaxşı oyun göstərmək üçün meydana çıxacağıq və çalışacağıq ki, ən yaxşı formada özümüzü göstərək" - Q.Qurbanov deyib.

Qeyd edək ki, bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq. Təmsilçimiz “Qarabağ” London “Arsenal”ının qonağı olacaq. “Emireyts” stadionunda keçiriləcək matç saat 00:00-da başlayacaq. Oyunun baş hakimi danimarkalı Yens Qrabskidir.

Azvision.az



Teqlər: Qurbanov   Qarabağ  





Xəbər lenti