720 fransız polis bir cinayətkarı tapa bilmir

720 fransız polis bir cinayətkarı tapa bilmir
  13 Dekabr 2018    Oxunub:4242
Ötən gün Fransanın Strasburq şəhərində Milad yarmarkasında insanlara atəş açan cinayətkarın axtarışına 720 polis əməkdaşı cəlb olunub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bütün cəhdlərə baxmayaraq, hələ də qatili tapmaq mümkün olmayıb.

Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib ki, 29 yaşlı Şərif Şerkati ilk dəfə 13 yaşında məhkum olunub. Cinayətkar ümumilikdə indiyədək 27 dəfə məhbəs həyatı yaşayıb. Onun törətdiyi silahlı insident nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb.

Azvision.az



Teqlər: Fransa   Polis  





Xəbər lenti