Makron Strasburqdakı hücumda ittiham edilir

   Makron Strasburqdakı hücumda ittiham edilir
  13 Dekabr 2018    Oxunub:4609
Ötən gün Strasburq şəhərində baş verən silahlı insidentin Fransa rəhbərliyi tərəfindən təşkil olunduğu deyilir.

Azvision.az xəbər verir ki, belə sensasion iddia ilə Fransada günlərlə davam edən "sarı jiletlilər" aksiyasının fəalları çıxış ediblər.
Onlar hesab edirlər ki, Fransa prezidenti Emmanuel Makron "sarı jiletlilər"in şənbə gününə planlaşdırdığı kütləvi aksiyaya kölgə salmaq, etirazların qarşısını almaq üçün insanların ölümünə səbəb olan hadisəni təşkil edib.

Bu variantın nə qədər reallığa uyğun olub-olmağı bilinməsə də, "sarı jiletlilər"in gündəmə gətirdiyi iddia sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.



Qeyd edək ki, ötən axşam Strasburqda 3 nəfərin ölümü ilə nəticələnən silahlı insidentlə əlaqədar aparılan istintaq çərçivəsində Fransanın hüquq-mühafizə orqanları 4 şübhəlini saxlayıb. Lakin Strasburqda Milad yarmarkasına atəş açan və polislə qarşıdurmada yaralandıqdan sonra hadisə yerindən uzaqlaşan başlıca cinayətkar - 29 yaşlı Şərif Şerkati hələ də tapmaq mümkün olmayıb.

Onun axtarışına Fransa hüquq-mühafizə orqanlarının 350-dən çox əməkdaşı cəlb olunub. Prokurorun sözlərinə görə, cinayətkar indiyədək 27 dəfə məhkum olunub.

Azvision.az


Teqlər: Fransa   Starsburq  





Xəbər lenti