Erməni general həbsdə qaldı

   Erməni general həbsdə qaldı
  12 Dekabr 2018    Oxunub:3911
Ermənistanın sabiq müdafiə nazirinin müavini Manvel Qriqoryanın həbs müddəti artırılıb.
Azvision.az xəbər verir ki, İrəvan məhkəməsində hakim Marine Melkonyanın sədrliyi ilə keçirilən iclasda onun ev dustaqlığına buraxılmasına dair vəsatət qəbul edilməyib. Erməni general barəsində həbs-qətimkan tədbirinin daha iki ay müddətinə artırılması qərara alınıb.

Qeyd edək ki, Manvel Qriqoryan qanunsuz silah saxlamaqda və özgə əmlakını mənimsəməkdə təqsirli bilinir.

Azvision.az



Teqlər: Qriqoryan  





Xəbər lenti