Strasburqdakı silahlı hücumda ölənlərin sayı artdı

Strasburqdakı silahlı hücumda ölənlərin sayı artdı
  12 Dekabr 2018    Oxunub:3047
Fransanın Strasburq şəhərindəki Milad yarmarkasının yaxınlığında baş verən silahlı insident zamanı ölənlərin sayı 4-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə “BFM” telekanalı məlumat yayıb.

Bundan əvvəl silahlı hücum nəticəsində 3 nəfərin öldüyü, 12 sakinin isə yaralandığı bildirilirdi. Hazırda yaralılardan 5-nin vəziyyəti ağırdır. Hadisə ilə əlaqədar bu gün Strasburq şəhərində matəm elan ediləcək.

Fransa KİV-nin məlumatına əsasən, silahlı hücuma görə Strasburqda 11 yaşadək uşaqların oxuduğu ibtidai məktəblər ziyarət üçün bağlanıb.

Qeyd edək ki, ötən axşam 29 yaşlı Strasburq sakini şəhərdəki Milad yarmarkasının yaxınlığında silahla insanlara atəş açıb. Daha sonra polislə atışmada yaralanan cinayətkar hadisə yerindən qaça bilib. Onun axtarışı üçün Fransa hüquq-mühafizə orqanlarının 350 əməkdaşı cəlb olunub. Fransa rəsmiləri insidenti terror olaraq qiymətləndirməsə də, Baş Prokurorluğun anti-terror bölməsində cinayət işi açılıb. Bildirilir ki, 29 yaşlı şübhəli əvvəllər də silahlı hücuma görə həbs olunub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Strasburq   Fransa  





Xəbər lenti