Strasburqda matəm: Ölənlərin dəqiq sayı açıqlandı

Strasburqda matəm:  Ölənlərin dəqiq sayı açıqlandı
  12 Dekabr 2018    Oxunub:3863
Fransanın Strasburq şəhərinin mərkəzində baş verən silahlı insident zamanı ölən və yaralanan şəxslərin sayı açıqlanıb.

Azvision.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Fransanın daxili işlər naziri Kristof Kastaneri bəyan edib ki, atışma nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.
Yaralılardan 6-sının vəziyyəti ağırdır. Hadisə ilə əlaqədar bu gün Strasburq şəhərində matəm elan ediləcək.

Qeyd edək ki, atışma şəhərin mərkəzində təşkil olunmuş Milad bazarında baş verib. Hadisə ilə əlaqədar prezident Emmanuel Makron daxili işlər naziri Kristof Kastaneri təcili Strasburqa göndərib.

Azvision.az






Teqlər: Fransa   Strasburq  





Xəbər lenti