Koçaryanın tərəfdarları etirazlara başladı - VİDEO

Koçaryanın tərəfdarları etirazlara başladı -  VİDEO
  11 Dekabr 2018    Oxunub:4556
Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın tərəfdarları etiraz aksiyalarına başlayıblar.

Azvision.az xəbər verir ki, "Prezidentə azadlıq" qrupunun üzvləri İrəvanın Respublika meydanında toplaşaraq Koçaryanın azadlığa buraxılmasını tələb ediblər.


Qeyd edək ki, Ermənistanın ikinci prezidenti, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan dekabrın 8-də həbs olunub.

Azvision.az



Teqlər: Koçaryan   İrəvan   Etiraz  





Xəbər lenti