Paşinyanın hökumətdəki silahdaşları ona xəyanətə hazırlaşır

  11 Dekabr 2018    Oxunub : 2798
 Paşinyanın hökumətdəki silahdaşları ona xəyanətə hazırlaşır
Hazırda Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın rəhbərlik etdiyi müvəqqəti hökumətdə təmsil olunanların əksəriyyəti gələcək siyasi kataklizmləri nəzərə alaraq, seçkilərdən sonra deputat mandatı əldə etmək uğrunda qızğın mübarizəyə başlayıblar.
Azvision.az xəbər verir ki, bu barədə “Qraparak” qəzeti etibarlı mənbələrinə istinadən yazıb. Qeyd olunur ki, Paşinyanın “Mənim addımım” blokunun proporsional seçki siyahısında adları göstərilən icra hakimiyyətinin bir çox üzvü 9 dekabr seçkilərindən sonra parlamentə düşməyə can atırlar.

“Məsələ ondadır ki, hökumətdə olduqları bir neçə ay ərzində onlar başa düşüblər ki, bu, onların öhdəsindən gələ biləcəkləri iş deyil. Digər tərəfdən isə ehtiyat edirlər ki, Nikol Paşinyanı qəzəbləndirməklə onun etibarını itirə və nəticədə “oyundan kənar” qala bilərlər. Ona görə də, ən “sakit” və rahat olanı elə parlamentin deputatı statusudur: ezamiyyətlər, yüksək maaş və sıfır məsuliyyət” – qəzet yazıb.

Həmçinin qeyd olunur ki, Paşinyanın silahdaşlarının onun gözündən uzaq qaçmalarının digər bir səbəbi də gələcəkdə Ermənistan siyasi atmosferindəki burulğanlar nəticəsində müxalifətə keçmələrinin asanlığını təmin etmək niyyətlərilə bağlıdır.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan