Hollandiyada da etirazlar başladı

Hollandiyada da etirazlar başladı
  08 Dekabr 2018    Oxunub:4687
Fransa və Belçikadan sonra Hollandiyada da "sarı jiletlilər" aksiyası başlayıb.
Azvision.az xəbər verir ki, Amsterdam ve Rotterdam şəhərlərində yüzlərlə insan etiraza qalxıb. Nümayişçilər baş nazir Mark Ruttenin istefasını tələb ediblər.

"Rədd ol", "İstefa" şüarları səsləndirən sakinlər pensiya, təhsil, işsizlik və miqrant problemlərindən şikayətlənib, hökumətin fəaliyyətini tənqid ediblər.

Qeyd edək ki, bu gün Fransa və Belçikada keçirilən etiraz aksiyalarında yüzlərlə nümayişçi saxlanılıb.



Azvision.az



Teqlər: Hollandiya   Etiraz  





Xəbər lenti