Gürcüstan parlamenti Tbilisiyə köçürüləcək

 Gürcüstan parlamenti Tbilisiyə köçürüləcək
  07 Dekabr 2018    Oxunub:5991
Gürcüstan parlamenti Kutaisidən paytaxt Tbilisiyə köçürüləcək.
Azvision.az xəbər verir ki, bu barədə parlamentdə yeni reqlament barədə sənəd qəbul olunub. Deputatlardan 77-si sənədin lehinə, 2 nəfər isə əleyhinə səs verib.

Sənədə əsasən, parlamentin sessiyası digər yerdə yalnız qanunverici orqanın Tbilisidəki binasının hansısa səbəbdən fəaliyyət göstərməməsi halında mümkün ola biləcək.

Qeyd edək ki, yeni reqlament prezidentin andiçmə mərasimindən sonra qüvvəyə minəcək.

Azvision.az



Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti