Mahir Mədətov həftənin ən yaxşısı seçildi

Mahir Mədətov həftənin ən yaxşısı seçildi
  06 Dekabr 2018    Oxunub:12144
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun rəmzi komandası açıqlanıb.
Azvision.az PFL-in saytına istinadən xəbər verir ki, “InStat” şirkətinin təhlili əsasında formalaşdırılan rəmzi “11-lik”də “Qarabağ”ın 7, “Zirə”nin 2, “Neftçi” və “Sabah”ın hər birindən bir futbolçu yer alıb.

Ağdam təmsilçisinin qapıçısı Səlahət Ağayev 7-ci, “Sabah”ın hücumçusu Marko Deviç 5-ci, Filip Ozobiç (“Qarabağ”) isə 4-cü dəfə həftənin komandasına seçiliblər. “Qarabağ”dan Mahir Mədətov, Abdullah Zubir, Bədavi Hüseynov, “Zirə”dən İlkin Qırtımov üçüncü, Miloş Radivoyeviç (“Zirə”) və Ansi Aqolli (“Qarabağ”) iki dəfə rəmzi komandada yer alıblar. “Qarabağ” klubunun futbolçuları Dani Kintana və Qara Qarayev isə ilk dəfə Azərbaycan Premyer Liqasının rəmzi komandasına daxil ediliblər.

“InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XIII turunun ən yaxşı futbolçusu da məlum olub. Bu, “Qarabağ”ın futbolçusu Mahir Mədətovdur. O, “Keşlə”yə qarşı görüşdə 90 dəqiqə meydanda mübarizə aparıb və rəqibin qapısına üç qolla yadda qalıb. Araşdırmalara əsasən Mahir Mədətov turun ən yaxşı indeksə malik futbolçusudur.

Azvision.az



Teqlər:





Xəbər lenti