Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq
  03 Noyabr 2013    Oxunub:1105
AzVision.az xəbər verir ki, Bakı və Abşeron yarımadasında noyabrın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən, havanın temperaturunun gecə 10-13, gündüz 17-21 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, dağlıq ərazilərdə çiskinli olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 1-6 isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti